Hadisə

Sumqayıtda 20 yaşlı gənc itkin düşdü

Sumqayıtda 20 yaşlı gənc itkin düşdü

Sumqayıtda gənc oğlan itkin düşüb.

Demokrat.az xəbər verir ki, şəhər sakini 20 yaşlı Röyal Muradov adlı şəxs dörd gün əvvəl işə getmək adı ilə evdən çıxıb.

Ancaq sonradan onunla əlaqə saxlamaq mümkün olmayıb. Yaxınlarının bildirdiyinə görə, Röyal heç işlədiyi obyektə də çatmayıb.

Onun Sumqayıt şəhərindəki “Xəlifə” şadlıq sarayında işlədiyi bildirilir.

Röyalı görənlərdən polisə məlumat vermələri xahiş olunur.(lent.az)

D
demokrat.az