Hadisə

Velosiped sürən gənci maşın vurdu

Velosiped sürən gənci maşın vurdu

Füzuli rayonunda 17 yaşlı gənc velosipedçini avtomobil vurub.

Demokrat.az xəbər verir ki, hadisə Füzuli-Xocavənd yolunda qeydə alınıb.

Belə ki, 2005-ci il təvəllüdlü Hüseynov İmaməli Raci oğlu velosipedlə hərəkətdə olarkən avtomobil onu vurub.

Yaralı əvvəlcə rayon mərkəzi xəstəxanasına aparılıb. Lakin sonra Bakıdakı xəstəxanalardan birinə yerləşdirilib.

Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyinin əzilməsi diaqnozu qoyulub.

Fakt araşdırılır.(report.az)

D
demokrat.az