Yerli vaxtla saat 05:05-də Mingəçevir stansiyasından 6 km cənub-qərbdə Yevlax ərazisində zəlzələ qeydə alınıb.
Demokrat.az bu haqda Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir.
Qeyd olunub ki, maqnitudası 3,3, dərinliyi isə 26 km olan zəlzələ episentrdə və yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.


