Gündəm Özəl

Fazil Mustafa: “Çox zaman haqqı çatanların haqqı verilmir”

Fazil Mustafa: “Çox zaman haqqı çatanların haqqı verilmir”

“Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində son zamanlar şəffaf işlərin görüldüyünün şahidi oluruq. Amma nəzərə alaq ki, nazirliyin işi də çətindir. Çünki həqiqətən də saxta sənədlərin ortadan qaldırmasında böyük bir təzyiqlə qarşılaşırlar”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa deyib. Millət vəkili qeyd edib ki, bu proses də haqqı çatanların sənədlərinin vaxtında verilməsində müəyyən problemlər yaradır: “Amma bütövlükdə hesab edirəm ki, atılan addımların cəmiyyətdə daha çox təbliğinə ehtiyac var. Çünki vətəndaşlarımız həqiqətən də, bu sahədə şəffaf işlərin görüldüyünün şahidi olmalıdır. Ümumiyyətlə, bu yöndə təbliğat zəif olanda bəzən insanlarda o fikir olur ki, bu sahədə heç bir ciddi addım atılmır. Ona görə də, bu məsələni həll etmək lazımdır. Hesab edirəm ki, bu həm nazirlik, həm də cəmiyyətimiz üçün zəruridir”.

Millət vəkili qeyd edib ki, çox zaman haqqı çatanların haqqının verilməməsində də ciddi problemlər yaşanır: “Amma qarşıya çıxan kimi dərhal buna dövlət səviyyəsində reaksiya verilir. Ola bilsin ki, kimsə laqeydlikdən unudula bilir. Qeyd edim ki, bütövlükdə bu saxta sənədlərin aşkara çıxarılması barədə bəzən təhrif olunmuş informasiyaların cəmiyyətdə yayıldığının şahidi oluruq. Ona görə də, nazirlik təbliğat işlərinə daha çox önəm verməlidir. Və göstərməlidir ki, həqiqətən də, bütün bunlar şəffaflıq yaratmaq niyyəti ilə atılmış olan addımlardır”. Nəzrin Hüseynli Demokrat.az

D
demokrat.az