Rusiya Müdafiə Nazirliyi Ukraynanın müharibədə əsir düşən əsgərlərin mübadiləsi prosesinin qarşısını aldığını iddia edib. Əsir mübadiləsi üçün hazırlanan siyahıda 251 əsgərin olduğu açıqlanıb.
Demokrat.azTürkiyə mətbuatına istinadən bildirir ki, Rusiya Müdafiə Nazirliyinin Milli Nəzarət Mərkəzinin rəhbəri Mixail Mizintsev paytaxt Moskvada Ukrayna ilə əsir mübadiləsi prosesi ilə bağlı açıqlamalar verib:
"Müharibədə əsir düşən ukraynalı əsgərlər üçün Cenevrə konvensiyalarına uyğun şərtlərin yerinə yetirildiyini bildirən Mizintsev, “Əsgərlər yaxşı şəraitdə qalır, onlara gündə üç dəfə yemək verilir, vaxtında tibbi yardım göstərilir. Əsgərlər zorakılığa və psixoloji təzyiqə məruz qalmır”.
Əsir mübadiləsi üçün hazırlanan siyahıda 251 əsgərin olduğunu bildirən Mizintsev, Ukraynanın əsir mübadiləsi prosesinin qarşısını aldığını iddia edib.
"Kiyev administrasiyası uzun müddətdir ki, əsirlərin əvvəlcədən razılaşdırılmış şərtlərlə mübadiləsinə mane olur. Bu gün planlaşdırılan əsir mübadiləsinə Ukrayna əngəl törədib"
Leyla Demokrat.az


