Ukrayna Prezidenti Volodimir Zelenski rusiyalı həmkarı Vladimir Putinlə görüşün əsas şərtini açıqlayıb.
Ukrayna lideri qeyd edib ki, ilk növbədətam atəşkəsə nail olmaq lazımdır.
"Baş verənlərdən sonra Rusiya ilə hansısa danışıqları necə apara biləcəyimizi söyləmək çətindir. Bu, şəxsi səviyyədədir. Amma bir prezident kimi mən, bunu etməliyəm", - Zelenski deyib.
Ukrayna Prezidentininsözlərinə görə, bu gün yüz minlərlə insanın ölümünün qarşısını almaq üçün müharibəni dayandırmaq məqsədi ilə dialoqdan başqayol yoxdur.
"Əvvəlcə atəş dayandırılmalıdır. O zamangörüş keçirə bilərik”, - Zelenski əlavə edib./ "Report"


