“Bu gün Vətən Müharibəsində qazandığımız tarixi Zəfərə gedən yolun başlanğıcı hesab edilən şanlı “Aprel döyüşləri”ndən 6 il keçir. “Aprel döyüşləri” 2016-ci ilə qədər həyata keçirilən ən böyük hərbi əməliyyat olmaqla, ordumuzun möhtəşəm Qələbəsiylə yekunlaşıb. “Aprel zəfəri” zamanı qüdrətli ordumuz tərəfindən Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsi düşmən işğalından tamamilə azad edilərək, şanlı üçrəngli bayrağımız sancıldı”.
Demokrat.az xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Adil Əliyev bildirib.
A.Əliyev qeyd edib ki, dörd gün davam edən "Aprel döyüşləri" ilə rəşadətli Azərbaycan ordusu Ermənistanla bağlı yaranmış mifi dağıdaraq, 44 günlük Vətən müharibəsində qazanacağı tarixi Zəfərin əsasını qoydu: “Qazanılmış qələbəylə dünyaya Azərbaycan ordusunun gücünü və əzmini göstərdi. Vətən uğrunda canından keçən şəhidlərimizin müqəddəs xatirəsini dərin hörmət və ehtiramla anır, Allahdan şəhidlərimizə rəhmət, ailələrinə səbr və qazilərimizə şəfa arzulayıram”.
Məlik Demokrat.az


