Gənc müəllif Sahib Qurbanov illərdir Şah İsmayıl Xətai və ümumilikdə Səfəvi tarixi barədə araşdırmalar aparır.
Demokrat.az bildirir ki, tariximizi düzgün tanımaq, tanıtmaq və qiymətləndirmək məqsədi daşıyan bu araşdırmaların nəticəsi olaraq Sahib Qurbanov tarixi roman yazıb və trilogiyanın ilk kitabı - "Zindandan saraya" romanı çap olunub.
2 aprel saat 16:00-da “LIBRAFF” kitab mağazaları şəbəkəsinin ˝Park Akademiya˝ filialında kitabın təqdimatı və imza günü baş tutacaq.
Romanda tariximizdə xüsusi yeri olan Şah İsmayıl Səfəvinin İstəxr qalasındakı həyatından, məruz qaldığı təqiblərdən, eləcə də həmin dövrdə dövlətlər arasında cərəyan edən hadisələrdən, taxt uğrunda gedən mübarizələrdən geniş şəkildə bəhs edilir. Hadisələr oxucunun zamanda səyahət etməsinə imkan yaratmaqla bərabər, tarixi biliklərini dərinləşdirməsinə də kömək edəcək. İsmayılın dünyaya gəlməsi ilə başlayan romanda hadisələri oxucuya olduğu kimi çatdırmaq üçün müəllif 100-ə yaxın tarixi mənbədən istifadə edib.
Leyla Demokrat.az


