Gündəm Özəl

Əməkdar rəssam həbsdən azad edildi

Əməkdar rəssam həbsdən azad edildi

Əməkdar rəssam Rəşad Ələkbərov həbsdən azad edilib.

Demokrat.azxəbər verir ki, bu barədə R.Ələkbərovun vəkili Adəm Məmmədov "Facebook" səhifəsində bildirib.

"Əməkdar rəssam Rəşad Ələkbərovun həbsdən azad olunması ilə bağlı tərəfimizdən verilmiş vəsatət təmin edildi", - o qeyd edib.

Qeyd edək ki, Əməkdar rəssam həbs edilmişdi.

Onun barəsində Cinayət Məcəlləsinin 192.1 (qanunsuz sahibkarlıq), 247 (işlərin yerinə yetirilməsi zamanı ətraf mühitin mühafizəsi qaydalarını pozma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülmüşdü.

Əməkdar rəssam həbsdən azad edildi
Leyla Demokrat.az

D
demokrat.az