Azərbaycanın birinci Prezidenti Ayaz Mütəllibov rəhmətə getdi. Əlbəttə, onun fəaliyyəti çox ziddiyyətli olub. Əgər hakimiyyətə can atan, Rusiya imperiyasının maraqlarına qulluq edən bəzi qaragüruh qüvvələr ona imkan versəydi bir çox səhvləri olmazdı və Azərbaycan üçün çox müsbət işlər görə bilərdi.
Demokrat.az xəbər verir ki, bunu tanınmış hüquqşünas Aslan İsmayılov bildirib.
"A.Mütəllibovun hakimiyyətdə olması həddindən artıq mürəkkəb dövrə düşdü. Onun buraxdığı bir çox səhvlər də səmimiliyindən, xalqını sevməsindən, zorakılıq etmək istəməməsindən və qətiyyətli olmamasından irəli gəldi. A.Mütəllibovun böyüklüyü isə səhvlərini etiraf etməsidir. Onun dövründə ən yüksək vəzifələr tutmuş əksər məmurlardan, siyasət adamlarından səmimi və sadəlövh olub. Ən böyük səhvi də Kremlin səmimiliyinə inanması, onun fitnə, fəsadlarından xəbərsiz olması idi. Bu həm də onun ən böyük faciəsi oldu.
Uca Allahdan rəhmət diləyib, səhvlərinin bağışlanmasını diləyirəm", deyə Aslan İsmayılov vurğulayıb.
Məlik Demokrat.az


