Dünya

Alay komandiri: "Sutka ərzində minimum 50 nəfər o dünyalıq olur"

Alay komandiri: Sutka ərzində minimum 50 nəfər o dünyalıq olur

Donetsk vilayətinin Mariupol şəhəri uğrunda döyüşən və onu mühasirəyə alan Rusiya işğalçılarınin motivasiyası pisdir və böyük itkilərə məruz qalır. Bu barədə "Azov" alayının komandiri, Ukrayna Qəhrəmanı Denis Prokopenko (şərti adı Redis) deyib.

O, qeyd edib ki, dağıntılar altında çoxsaylı dinc insanlar həlak olub:

"Mariupol nəhəng dağıntılara məruz qalıb. Zavodlar işləmir, humanitar fəlakət hökm sürür, hər şey talan edilib. Bütün infrastruktur obyektlər dağıdılıb. Hospitallar fəaliyyət göstərmir, həm mülki şəxslərə, həm də hərbçilərə tibbi yardımın göstərilməsi çox çətindir". Onun sözlərinə görə, Mariupolu mühasirəyə alan işğalçılar soyuqdan, acından əzab çəkir, ayaqyalın, çılpaq vəziyyətdədirlər: "Onların tamamilə döyüşmək istəyi yoxdur. Martın 15-dən sonra biz düşmənin piyadalarını daha saymırıq. Sutka ərzində Mariupolda minimum 50 nəfər o dünyalıq olur. Düşmən çoxsaylı itkilər verir".

Nəzrin Demokrat.az

D
demokrat.az