Kriminal

Bakıda silahlı şəxs saxlanıldı

Bakıda silahlı şəxs saxlanıldı

Bakıda silahlı şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Demokrat.az-a verilən məlumata görə, Binəqədi RPİ-nin 7-ci Polis Bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Abşeron rayon sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş N.Süleymanov 9-cu mikrorayon ərazisində saxlanılıb.

Şəxsi axtarış zamanı ondan “Makarov” markalı tapança, 2 ədəd patron darağı və 9 ədəd patron aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.

D
demokrat.az