Gündəm

Deputat: “Qarabağda gedən proseslər üçtərəfli bəyanatların icrası ilə bağlıdır”

Deputat: “Qarabağda gedən proseslər üçtərəfli bəyanatların icrası ilə bağlıdır”

“Ermənistanda mövcud olan daxili gərginlik onları məcbur edir ki, diqqəti guya Qarabağda gərginliyin olduğuna yönəltsinlər. Bununla yanaşı, Ermənistanın narahatlığının səbəblərindən biri də odur ki, o, Rusiyanın Ukraynana müharibəsini açıq şəkildə dəstəklədiyinə görə Qərb ölkələrinin dəstəyini itirməyə başlayıb. Ona görə də Ermənistan danışıqlar prosesini uzatmaq niyyətindədir".

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə deyib.

Deputat qeyd edib ki, Ermənistanın niyyəti mövcud proseslərdə Qərbdən hansısa formatda istifadə etməkdir: “Ermənistan guya vəziyyətin gərgin olduğunu göstərərək özlərini məzlum kimi qələmə verirlər. Əslində isə, Qarabağda yeni heç nə baş verməyib, gərginlik üçün səbəb yoxdur. Gedən proseslər üçtərəfli bəyanatların icrası ilə bağlıdır. Ermənistan bu prosesə riayət etməli və bəyanatların bəndlərinin icrasını həyata keçirməlidir. Ermənistandakı daxili gərginlik onları yalandan qışqır-bağır salmağa məcbur edir”.

Demokrat.az

D
demokrat.az