Xilasedicilər Çinin cənubunda Boeing 737 sərnişin təyyarəsinin qəzaya uğradığı yerdə qurbanların qalıqlarını tapıblar.
Demokrat.az xəbər verir ki, bunu xüsusi mətbuat konfransında Çinin Quansi-Çjuanq Muxtar Bölgəsinin yanğınsöndürmə və xilasetmə xidmətinin birləşmiş dəstəsinin komandiri Den Xi bildirib. “Xilasedicilər əməliyyat aparılan yerdə təxminən 46 min kvadratmetr əraziyə baxış keçirib və təyyarənin qalıqlarını, həmçinin insan bədəninin fraqmentlərini aşkar ediblər”, - deyə o, məlumat verib.
O qeyd edib ki, tapılan bütün nümunələr xüsusi komissiyaya təhvil verilib. (oxu.az)
Demokrat.az


