Dünya

Çavuşoğlu: “Müharibəni dayandırmalıyıq və atəşkəsin təmin edilməsi mütləqdir"

Çavuşoğlu: “Müharibəni dayandırmalıyıq və atəşkəsin təmin edilməsi mütləqdir

"İlk növbədə Ukrayna məsələsində hər kəsin niyyəti atəşkəs və sülh olmalıdır. Hər kəs konstruktiv addımlar atmalıdır".

Demokrat.az xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O qeyd edib ki, hər kəs bu məsələdə məsuliyyətli olmalıdır: “Müharibəni dayandırmalıyıq və atəşkəsin təmin edilməsi mütləqdir. Bundan sonra atılması lazım olan addımlar da var ki, onların arasında etimadın bərpası, münasibətlərin normallaşması da var. Hər müharibə sülh də gətirə bilər. Amma davam edən müharibənin zərərini Ukrayna, məsum insanlar ödəyir”.

Aynurə Demokrat.az

D
demokrat.az