Rusiya ABŞ-a nota verib.
Demokrat.az xəbər verir ki,bu barədə Rusiya Xarici işlər Nazirliyinin rəsmi məlumatında deyilir.
Bazar ertəsi ABŞ-ın Rusiyadakı səfiri Con Sallivan XİN-ə dəvət edilib və ona prezident Baydenin Putin barədə dediyi “hərbi cani” ifadəsinə görə, etiraz notası təqdim olunub.
Rusiya XİN bəyan edib ki, Baydenin Putin barədə dedikləri qəbuledilməzdir və iki ölkə arasında münasibətləri qırılma həddinə gətirir.
“ABŞ prezidentinin belə bəyanatı rus-amerikan münasibətlərini kəsilməsi həddinə gətirir və yolverilməzdir. Biz xəbərdarlıq etdik ki, Rusiyaya qarşı düşmənçilik hərəkətləri qəti və sərt cavabını alacaq”-deyə XİN-dən bəyan edilib.
Demokrat.az


