Dünya

Zelenski İsrail parlamentində çıxış etdi: “Laqeydlik öldürür”

Zelenski İsrail parlamentində çıxış etdi: “Laqeydlik öldürür”

Ukrayna prezidenti Vladimir Zelenski bu gün İsrail parlamentində çıxış edib.

Demokrat.az "Unian"a istinadən xəbər verir ki, Zelenski ölkəsini gözləyən təhlükədən danışıb:

"Biz müxtəlif ştatlardayıq və tamamilə fərqli şəraitdəyik. Amma bizim bir təhlükəmiz var - xalqın, dövlətin, mədəniyyətin və hətta adın tamamilə məhv edilməsi. Rusiyanın Ukraynaya təcavüzünün başlanğıcı olan 24 fevral haqqında düşünməyinizi istəyirəm. Bu gün tarixə ukraynalılar və yəhudilər üçün faciə kimi düşdü.1920-ci il fevralın 24-də milyonlarla insanın həyatına son qoyan,bütün ölkələri məhv edən partiya olan NSDAP quruldu.102 ildən sonra həm də fevralda 24-də "Rusiyanın Ukraynaya təcavüzü" ilə bağlı sərəncam verildi. Bu, minlərlə insanın həyatına son qoyan və milyonlarla insanı sürgünə aparan işğaldır. İndi insanlarımız bütün dünyaya səpələnib, sizin vaxtilə axtardığınız təhlükəsizliyi axtarırlar", - deyə dövlət başçısı bildirib.

O, Kremlin dediklərinə qulaq asmağa çağırıb.

"Hətta faşist Almaniyasında belə terminlər var. İkinci Dünya Müharibəsi zamanı bunu "yəhudi məsələsinin yekun həlli" adlandırırdılar. İndi isə Kremldə "Ukrayna məsələsinin yekun həlli" adlanır. 100 mindən çox Holokost qurbanının dəfn olunduğu Babi Yarı rus raketlərinin necə vurduğunu gördünüz. Elə ilk gün rus mərmiləri hər il on minlərlə yəhudinin ziyarət etdiyi Uman şəhərinə düşüb”. prezident bildirib.

Zamiq Demokrat.az

D
demokrat.az