Luqansk vilayətinin Kremennaya şəhərində rus hərbçiləri qocalar evinə tankdan birbaşa atəş açıb. Nəticədə 56 nəfər ölüb, daha 15 nəfər işğalçılar tərəfindən qaçırılıb.
Luqansk Regional Hərbi Administrasiyasının rəhbəri Sergey Qayday telegram-kanalında yazıb. Qayday belə deyib: "Kremennayada 56 ölü var. Martın 11-də Rusiya işğalçıları tankdan Kremennayadakı qocalar evini atəşə tutublar. Namərdcəsinə və qəsdən. Sadəcə, tankı evin qabağına sürüb atəş açmağa başlayıblar". Təfərrüatlar: Qaydayın sözlərinə görə, qocalar evinin 56 sakin yerindəcə dünyasını dəyişib. İşğalçılar sağ qalan 15 nəfəri qaçıraraq Svatovodakı işğal olunmuş əraziyə, regional geriatrik(yaşlı xəstələrin müalicəsi) internat məktəbinə aparıblar. Qayday əlavə edib ki, faciə yerinə hələ də gedib çıxmaq mümkün deyil./Moderator.az


