Gündəm

Rusiya 400 dinc sakinin gizləndiyi məktəbi bombaladı

Rusiya 400 dinc sakinin gizləndiyi məktəbi bombaladı

Rusiya ordusu Mariupolda 400-ə qədər vətəndaşın gizləndiyi sənət məktəbinə bombalar atıb. Demokrat.az "Unian"a istinadən xəbər verir ki, bu barədə Mariupol şəhər Şurası məlumat yayıb. Bildirilib ki, Rusiya hərbçiləri sakinlərin gizləndikləri 12 nömrəli incəsənət məktəbi bombalayıblar.

Dinc vətəndaşlar arasında qadınlar və uşaqlar da var. Binanın dağıldığı, dağıntılar altında nə qədər insanın qalması ilə bağlı say dəqiqləşdirilir. Xatırladaq ki, martın 16-da Rusiya təyyarələri Mariupolda yüzlərlə mülki şəxsin gizləndiyi Dram Teatrına bombalamışdı.

D
demokrat.az