“İndi Ukraynanın mövcud vəziyyətdən adekvat şəkildə çıxması üçün son şansdır. Əgər itirilsə, geri qaytarmaq çətin olacaq”.
Demokrat.az xəbər verir ki, bunu Belarus lideri Aleksandr Lukaşenko Yaponiyanın TBS telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, Ukrayna bu məqamdan bərk yapışmalıdır: “Bu həm Ukrayna, həm Rusiya, həm də Belarus üçün faydalı olacaq. Əsas odur ki, indi sazişi imzalasaq, minlərlə insanın həyatını xilas edəcəyik”.
Məlik Demokrat.az


