Gündəm Özəl

Deputat: “BMT bayrağının Şuşada dalğalanması çox mühüm hadisədir” — ÖZƏL

Deputat: “BMT bayrağının Şuşada dalğalanması çox mühüm hadisədir” — ÖZƏL

Bu gün Şuşada Azərbaycan-BMT tərəfdaşlığının 30 illiyinə həsr olunmuş toplantı başlayıb. Tədbir həm də BMT bayrağının azad Şuşada dalğalanması ilə də əlamətdar olub.

Milli Məclisin deputatı Ceyhun Məmmədov Demokrat.az-a açıqlamasında bildirib ki, BMT bayrağının Şuşada dalğalanması çox mühüm hadisədir. Deputat qeyd edib ki, bu, Azərbaycanın qələbəsinin təntənəsi və Azərbaycanın növbəti uğurudur:

“İllər öncə BMT Şuşanın və digər Azərbaycan rayonlarının azad olunması ilə bağlı qətnamələr çıxarmışdı. Amma bu qətnamələr icra olunmurdu və Ermənistan beynəlxalq hüququ pozaraq buranı işğal altında saxlayırdı. Amma cənab Prezidentin rəhbərliyi ilə, Azərbaycan ordusunun qəhrəmanlığı və şəhadəti, xalqımızın birliyi və həmrəyliyi hesabına qələbəmiz təmin olundu.

Deputat: “BMT bayrağının Şuşada dalğalanması çox mühüm hadisədir” — ÖZƏL

Bu gün çox sevindiricidir ki, Şuşa artıq Azərbaycandadır və Şuşada da belə beynəlxalq tədbirlər keçirilir. Şuşada əvvəllər müxtəlif tədbirlərin, festivalların keçirildiyinin şahidi olduq. Bu dəfə isə biz artıq burada beynəlxalq qurumların iştirakı ilə tədbirləri keçirildiyinə şahidlik edirik. Hesab edirəm ki, bu hadisə çox önəmlidir. Xaricdən gələn qonaqlar da bir daha erməni vəhşiliklərinin şahidi olacaqlar. Bununla da, Azərbaycanın beynəlxalq aləmdə nüfuzu artacaq. Ona inam və etimad da artacaq. Azərbaycan həm erməni vəhşiliyini təbliğ edəcək, həm də Azərbaycanın həqiqətlərini dünya ictimaiyyətinə çatdıracaq”.

Nəzrin Hüseynli Demokrat.az

D
demokrat.az