Ukrayna prezidenti Vladimir Zelenski Ukraynaya qarşı döyüşmək üçün Rusiya ordusuna qoşulmaq istəyən muzdlulara işarə edərək, "Ukrayna torpaqlarında işğalçılara qoşulmağa çalışan hər kəsə xəbərdarlıq edirəm. Bu, həyatınızın ən pis qərarı olacaq" deyib.
Ukrayna prezidenti Vladimir Zelenski gecə saatlarında Rusiyanın həyata keçirdiyi hücumlarla bağlı danışıb.
Rusiya ordusunun Ukraynada uğursuzluğa düçar olduğunu və yeni addımlar atmağa başladığını söyləyən Zelenski deyib: “Rusiya ordusunun başqa ölkələrdən muzdlu əsgərlər cəlb etdiyi və mümkün qədər çox gənci hərbi xidmətə cəlb etməyə çalışdığı barədə məlumatımız var.
Bunun da onlara sərf etməyəcəyini bilirik. Mən Ukrayna ərazisində işğalçılara qoşulmağa cəhd edən hər kəsə xəbərdarlıq edirəm.
Bu, həyatınızın ən pis qərarı olacaq. Uzun ömür sizə təklif olunan puldan yaxşıdır. Cəsur müdafiəçilərimiz düşmənin təzyiqinin bütün əsas sahələrində möhkəm dayanır və hər hücuma cavab verir. İşğalçılar hər dəfə dinc şəhərlərimizə, xalqımıza zərbə vuranda yeni rus əsgərləri əsir götürülürdü. Onların arasında Rusiyaya qayıtmaqdan imtina edənlər də var.”/visiontv.az


