Gündəm

“Ukraynaya 13,6 milyard dollar həcmində tarixi yardım ayrılmasına dair qanunu imzaladım”

“Ukraynaya 13,6 milyard dollar həcmində tarixi yardım ayrılmasına dair qanunu imzaladım”

ABŞ Prezidenti Co Bayden Ukraynaya hərbi, humanitar və iqtsadi yardım ayrılması barədə qanunu imzalayıb.

Demokrat.az-ın UNİAN-a istinadla xəbərinə görə, yardımın həcmi 13,6 milyard dollardır.

“Mən indi Ukraynaya 13,6 milyard dollar həcmində tarixi yardım arılmasına dair qanunu imzaladım” – deyə Bayden bildirib.

Pul yardımı aşağıdakı şəkildə bölüşdürüləcək:

Hərbi köməkməqsədi ilə ayrılmış 6,5 milyard dolların yarısı Ukraynaya müdafiə təyinatlı məhsullar göndərmək üçün Pentaqona veriləcək.

Humanitar yardımüçün 4 milyard dollar ayrılıb. Bu vəsait ukraynalı qaçqın və köçkünlərə sərf olunacaq.

İqtisadi köməkpaketi 1,8 milyard dollar olub Ukraynanın iqtisadi ehtiyacı və kibertəhlükəsizliyə sərf ediləcək.

Bundan əlavə ukraynalı jurnalistlərin dəstəklənməsi və dezinformasiya ilə mübarizəyə də vəsait ayrılıb.

Demokrat.az

D
demokrat.az