“Rusiya Kiyev rejiminin Donbass əhalisinə qarşı 8 ildir apardığı müharibəni dayandırır”.
Azpost.info RİA-ya istinadən bildirir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Hüseyn Əmir Abdullahyanla danışıqların yekunu ilə bağlı birgə mətbuat konfransında bildirib.
“İran xarici işlər naziri cənab Kulebanın arzularını çatdırdı ki, müharibəni mümkün qədər tez dayandırmaq lazımdır. Sizi əmin edə bilərəm ki, biz məhz belə edirik. Biz Kiyev rejiminin Donbass əhalisinə qarşı ən azı səkkiz il apardığı müharibəni dayandırırıq. Bu müharibə dayandırılmalıdır.”, – deyə Rusiya xarici siyasət idarəsinin rəhbəri vurğulayıb.
Lavrovun sözlərinə görə, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın ondan Ukrayna ətrafında siyasi nizamlamanın zəruriliyi ilə bağlı mesaj Moskvaya çatdırmağı xahiş etdiyini deyib.
Demokrat.az


