Abşeron rayonunda piyadanın xəsarət alması ilə nəticələnənə yol qəzası baş verib.
Demokrat.az xəbər verir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb.
Belə ki, 1999-cu il təvəllüdlü Məhərrəmov İbrahim Rahim oğlu yolu keçərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb.
Müayinə zamanı ona sağ qolun sınığı diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.(report.az)


