Gündəm

“Torpaqlarımızın separatçılardan tamamilə təmizlənməsi məqamı yetişmək üzrədir” — ÖZƏL

“Torpaqlarımızın separatçılardan tamamilə təmizlənməsi məqamı yetişmək üzrədir” — ÖZƏL

“Dünyada baş verən prosesləri dəqiq analiz etməli və ondan düzgün nəticələr çıxartmalıyıq”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib. Deputat qeyd edib ki, dünyada baş verən hadisələr ətraf region dövlətlərinə, xüsusilə də post-sovet məkanına aid olan ölkələrə təsirsiz ötüşməyəcək:

“Torpaqlarımızın separatçılardan tamamilə təmizlənməsi məqamı yetişmək üzrədir” — ÖZƏL

“Təbii ki, hazırda baş verən proseslər hər bir ölkəyə müəyyən təsir göstərəcək. Xüsusilə də, post-sovet məkanına aid olan dövlətlərə həm iqtisadi, həm siyasi, həm də hərbi cəhətdən az və ya çox təsir edəcək. Hesab edirəm ki, bu təsirlərdən qorunmaq üçün Azərbaycan da lazımi işlər görür və görəcək də. Azərbaycan dövlət başçısı, Ali Baş Komandanımız İlham Əliyev hər zaman çıxışlarında vurğulayıb ki, nəyi, nə zaman və nə vaxt edəcəyini çox yaxşı bilir. Bizim cənab İlham Əliyevə güvənimiz sonsuzdur. Hesab edirəm ki, torpaqlarımızın da separatçılardan, cinayətkarlardan, düşməndən tamamilə təmizlənməsi məqamı artıq yetişmək üzrədir. Hamımız bunu səbirsizlə gözləyirik. İnanıram ki, yaxın müddətdə işğal altında olan digər torpaqlarımız da tamamilə düşməndən azad olunacaq ”.

Nəzrin Hüseynli Demokrat.az

D
demokrat.az