Azərbaycan idmançısı Mehman Ramazanzadə Çinin paytaxtı Pekində keçirilən Qış Paralimpiya Oyunlarında çıxış etməyib.
Demokrat.az xəbər verir ki, qış idman növləri üzrə yığmanın üzvü kross-kantri növünün sprint kateqoriyasında qüvvəsini sınamalı idi.
Lakin Ramazanzadə isinmə hərəkətlərində zədələndiyi üçün yarışa qoşula bilməyib. Üzündən və çiynindən xəsarət alan paralimpiyaçı meydanı xərəkdə tərk edib. Onun son durumunun yaxşı olduğu bildirilib.
Qeyd edək ki, Mehman Ramazanzadə Pekin-2008 Yay Paralimpiya Oyunlarının da iştirakçısı olub. O, həmin vaxt pauerliftinqdə qüvvəsini sınayıb. Bundan başqa, Ramazanzadə 2019-cu ildə paravelosiped idman növü üzrə dünya çempionatında mübarizə aparıb.
Pekin-2022 Qış Paralimpiya Oyunlarına martın 13-də yekun vurulacaq. Azərbaycan yarışda bir paralimpiyaçı ilə təmsil olunmalı idi.(report.az)


