Gündəm

Rusiya ordusu İrpendə mülki əhalini atəşə tutdu — ölənlərdən ikisi uşaqdır

Rusiya ordusu İrpendə mülki əhalini atəşə tutdu — ölənlərdən ikisi uşaqdır

Rusiya ordusu Ukraynanın İrpen şəhərindən təxliyə olunan mülki əhaliyə atəşə tutub.

Demokrat.az bu barədə "Unian" nəşrinə istinadən xəbər verir.

Məlumata görə, işğalçı rus qoşunlarının İrpen şəhərinin dinc sakinlərinə atəş açması nəticəsində ikisi uşaq olmaqla azı üç nəfər həlak olub.Daha bir nəfər xəsarət alıb, onun vəziyyəti ağırdır.

"Rusiya ordusu insanların İrpendən çıxmağa çalışdığı körpünü məqsədli şəkildə minaatanlardan atəşə tutub, bir ailə - ana, oğlan və qız həlak olub. Bu gün saat 10:00-dan Romanovkada avtobuslar yenidən İrpendən gələn qadın, uşaq və qocaları gözləyirdi" - deyə jurnalist Andrey Dubçak "Facebook" səhifəsində qeyd edib.

Xatırladaq ki, fevralın 24-də səhər saatlarından Rusiya qoşunları Ukrayna ərazisinə soxulub

Zamiq Demokrat.az

D
demokrat.az