Gündəm

Rusiya-Ukrayna arasında müharibə qısa müddətdən sonra səngiyəcək — AÇIQLAMA

Rusiya-Ukrayna arasında müharibə qısa müddətdən sonra səngiyəcək — AÇIQLAMA

Rusiya ilə Ukrayna arasındakı müharibə bir neçə gündür davam edir. Rəsmi məlumatlara görə hər iki tərəfdən ciddi itkilər var. Həm Moskva, həm də Kiyev rəsmi şəkildə danışıqlara hazır olduğunu bəyan edib. Çünki Ukrayna Prezidenti Vladimir Zelenskinin özünün də dediyi kimi, Kiyev bu müharibədə tək qaldı.

Savaşın gedişi və perspektivlər barədə Ağ partiya sədrinin müavini, politoloq Əhəd Məmmədli Demokrat.az-a açıqlama verib. Politoloq qeyd edib ki, Rusiya-Ukrayna arasında müharibə qısa müddətdən sonra səngiyəcək:

“Fikrimcə, Rusiya-Ukrayna müharibəsi çox uzanan deyil. Bəlkə də bir həftəyə, on günə bitəcək. Çünki proseslər artıq o yerə gəlib çıxıb ki, Qərb Ukraynadan imtina edib. Qərb sadəcə olaraq bu müharibədən istifadə edir və Rusiyanın üstünə gəlir, ona sanksiyalar tətbiq edir. Ancaq olanda ancaq Ukraynaya olur. Hər iki tərəf artıq danışıqlara meyilli görünür. Çox güman ki, qısa müddətdə razılaşma əldə olunacaq”.

Rusiya-Ukrayna arasında müharibə qısa müddətdən sonra səngiyəcək — AÇIQLAMA

Politoloq iki dövlət arasında vasitəçinin Türkiyə olacağını söyləyib: “Bilirsiniz ki, Türkiyə Ukraynaya dəstək verir. V.Zelenskinin tez-tez Ərdoğana təşəkkür etməsi, ona güvənməsi heç də təsadüfi deyil. Hesab edirəm ki, iki ölkə arasında vasitəçi Türkiyə prezidenti Ərdoğan olacaq. Çünki o yeganə tanınmış liderdir ki, hər iki dövlət başçısına çıxışı var. Demirəm ki, iki ölkə arasında sülh müqaviləsi bağlanacaq, ancaq yaxın günlərdə müvəqqəti də olsa atəşkəsin imzalanacağının şahidi olacağıq”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az