Rusiya Ukraynanın Mariupol və Volnovaxa şəhərlərindən əhalinin çıxması üçün sükut rejimi tətbiq edib.
Demokrat.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, rejim bu səhər Moskva vaxtı ilə 10:00-da qüvvəyə minir və Mariupolla Volnovaxa şəhərlərindən dinc sakinlərin çıxması üçün humanitar dəhlizlər təşkil edilir.
Rusiya tərəfi humanitar dəhlizlərin marşrutunun Ukrayna tərəfi ilə razılaşdırıldığını açıqlayıb. 11:40
**** 12:00
Volnovaxa və Mariupolda humanitar təxliyə dəhlizləri açılmağa hazırlanır.
Demokrat.az-ınxəbərinə görə, bu barədə Ukrayna Prezident ofisinin rəhbərinin məsləhətçisi Mixail Podolyak açıqlama verib.
O bildirib ki, təxliyə olunanlar dəstələrə bölünür.
“Tərəflər dəhlizlərin ərazisində atəşi müvəqqəti dayandırıb...”, - Podolyak vurğulatyıb.


