Gündəm

ABŞ-dan xəbərdarlıq: Rusiya qoşunları Ukraynada bu nüvə obyektinə yaxınlaşır

ABŞ-dan xəbərdarlıq: Rusiya qoşunları Ukraynada bu nüvə obyektinə yaxınlaşır

Rusiya qoşunları Ukraynanın ikinci ən böyük nüvə obyektinə yaxınlaşır.

Demokrat.az xəbər verir ki, bunu ABŞ-ın BMT-dəki nümayəndəsi Linda Tomas-Qrinfild deyib.

O stansiyanın adını çəkmədən bildirib ki, Rusiya qüvvələri hazırda 20 mil uzaqdadır və Ukraynanın ikinci ən böyük nüvə obyektinə yaxınlaşır”.

Linda Tomas-Qrinfild bildirib ki, beynəlxalq ictimaiyyət Rusiya qüvvələrinin təhlükəli hücumunu dayandırmasını tələb etməkdə yekdil olmalıdır: "Və dediyim kimi, Ukrayna xalqı bizə arxalanır və biz onları ruhdan salmamalıyıq. Prezident Putin bu müharibəyə son qoymaqla və Ukrayna xalqına qarşı bu həyasız hücumlara son qoymaqla bu humanitar fəlakəti dayandırmalıdır. Ukraynada Zaporojye atom elektrik stansiyasında Rusiya qoşunlarının ərazini atəşə tutması nəticəsində yanğın baş verdi. Dünən axşam baş vermiş yanğının təxminən qarşısı alınıb. Amma buna baxmayaraq təhlükə qaçılmazdır".

Energoatom-un məlumatına görə, enerji istehsalı baxımından Ukraynanın ikinci ən böyük nüvə obyekti Nikolayev vilayətində yerləşən Cənubi Ukrayna Atom Elektrik Stansiyasıdır.

Xatırladaq ki, ötən cümə günü Ukrayna prezidenti Vladimir Zelenski Rusiya qoşunlarının Ukraynanın cənubundakı atom elektrik stansiyasına hücumundan sonra Rusiyanı “nüvə terroru”nda ittiham etmişdi.

Tural Demokrat.az

D
demokrat.az