Gündəm

Ekspert: “Qarşılıqlı sanksiyaların olması qaz qiymətlərinə ciddi təsir edəcək”

Ekspert: “Qarşılıqlı sanksiyaların olması qaz qiymətlərinə ciddi təsir edəcək”

“Rusiya - Ukrayna müharibəsi neft və qazın qiymətlərinə ciddi təsir edəcək”.

Bunu Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Fuad İbrahimov deyib. Ekspert qeyd edib ki, müharibənin qazın qiymətinə təsir ehtimalı daha çoxdur:

“Nəzərə almaq lazımdır ki, bu gün Rusiyanın Avropa ərazisinin enerji təhlükəsizliyi nöqteyi-nəzərdən iştirakı kifayət qədərdir. Bu gün qarşılıqlı sanksiyaların olması, əlbəttə ki, qaz qiymətlərinə təsir edəcək. Bir məsələni də nəzərə alaq ki, neftin qiymətinə daha çox dünyada gedən mərhələli şəkildə pandemiya da təsir edib. Yəni tələbatın artıq strukturlu şəkildə formalaşması müşahidə olunur. Nəzərə almaq lazımdır ki, Rusiyanın dünya bazarlarında həcminə görə öz çəkisi var. Şübhəsiz ki, bu münaqişənin daha da dərinləşməsi qiymətlərin bahalaşmasına imkan yaradacaq, xüsusən də qaz qiymətlərinə”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az