Rusiyanın Ukraynaya təcavüzünün beşinci günündə Rusiya Dövlət Televiziyası Qərbi və ABŞ-ı nüvə silahı ilə hədələyib.
Demokrat.az xarici mətbuata istinadən xəbər verir ki, televiziya aparıcısı açıqlamasında "Putin istəsə, bütün NATO ölkələrini və ABŞ-ı məhv edə bilər"- deyib.
Qərb əleyhinə çıxışları ilə diqqət çəkən televiziyanın aparıcısı Dmitri daha sonra tamaşaçılara müraciət edərək deyib: "Sualtı qayıqlarımız 500-dən çox nüvə başlığını vura bilər. Bu, ABŞ və bütün digər NATO ölkələrinin məhvinə zəmanət verir. Rusiya yoxdursa, dünya bizə niyə lazımdır? Hələ Rusiyanın Strateji Raket Qüvvələrinin adını çəkməmişəm. Rusiyanın nüvə potensialı dünyada ən güclüdür. Rusiyanın Ukraynadakı əməliyyatı dayandırılmasa, NATO ilə münaqişə yarana bilər.
Nəzrin Hüseynli Demokrat.az


