“Rusiyanı durdurmağın tək yolu iqtisadi sanksiyaların daha ciddi bir şəkildə artırılmasıdır”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Elmir Səfərli deyib.
İqtisadçı qeyd edib ki, Rusiya uzunmüddət buna tab gətirə bilməyəcək:
“Düzdür Rusiya balaca və zəif dövlət deyil. Amma qlobal arenada bu tip iqtisadi pressinqlərə uzun müddət tab gətirmək gücündə də deyil. Və müşahidə etdiyim qədəri ilə Avropa ölkələrinin içində ən güclü addımlar atan, daha stratejik sanksiya qərarları verən Böyük Britaniyadır. Böyük Britaniya VTB Bankın 154 milyardlıq resursunu dondurdu. Bununla da VTB bankın birjada səhmləri 40 faizdən çox dəyər itirdi. Bundan başqa, Aeroflotun Böyük Britaniyada olan bütün aktivləri donduruldu. Rusiyanın biznes ve siyasi təbəqəsinin ən öndə olan şəxslərinə ciddi sanksiyalar tətbiq edildi. Aktivləri donduruldu. Hesab edirəm ki, bunlar ən bəsit sanksiyalardır idi. Avropa və ABŞ istəsəydi Rusiyaya daha ciddi sanksiyalar tətbiq edərdi və bununla da Rusiya bir saat içərisində geri çəkilərdi. Amma gördüyümüz kimi etmədi”.
Nəzrin Hüseynli Demokrat.az


