Gündəm

“Moskva bəyannaməsi Azərbaycanı daha da gücləndirəcək” — AÇIQLAMA

“Moskva bəyannaməsi Azərbaycanı daha da gücləndirəcək” — AÇIQLAMA

“Dünyada baş verən gərginlik fonunda Azərbaycan prezidenti Cənab İlham Əliyevin Mehriban xanım Əliyeva ilə Rusiyaya rəsmi səfər etmələri Azərbaycan diplomatiyasının uğuru kimi qiymətləndirilməlidir. Bu, onu göstərir ki, Azərbaycan öz mövqeyini qoruyub, saxlayır”.

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

Deputatın sözlərinə görə, Azərbaycan dünya gücü hesab olunan Rusiya tərəfindən çox ciddi qonşu və müttəfiq kimi qəbul edilir:

“Azərbaycanın bütün bu münasibətlərin yaxşılaşmasında oynadığı rol isə əvəzsizdir. Hesab edirəm ki, keçirilən bu görüşlər nəticə etibarilə regionda uzunmüddətli sülhün əldə olunmasına xidmət edəcək. Həmçinin, Azərbaycan-Rusiya arasında siyasi münasibətlərin yaxşılaşmasına, iqtisadi münasibətlərin daha da dərinləşməsinə müsbət təsir edəcək. Azərbaycanın qonşu dövlətlərlə münasibətləri daha da yaxşılaşdırmaq və onu strateji müttəfiqlik səviyyəsinə qaldırmaq siyasəti nəticə etibarilə Azərbaycanın milli təhlükəsizlik məsələlərini həll etmək, iqtisadi gücünü artırmaq və nəticə etibarilə xalqımızın sosial rifahını yaxşılaşdırmağa hədəflənib. Əminliklə deyə bilərik ki, Türkiyə ilə imzalanan Şuşa bəyannaməsində olduğu kimi, Rusiya ilə Moskva bəyannaməsi də Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə və təhlükəsizliyinə zəmanət verir. Ölkəmiz üçün bu çox əlverişli məqamdır. Bu müqavilə Azərbaycanı daha da gücləndirəcək.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az