“Ermənistan deputatına söz vermədim”.
Demokrat.az xəbər verir ki, bunu İrəvanda səfərdə olan Milli Məclisin deputatı Tahir Mirkişili rəsmi feysbuk səhifəsində yazıb.
Deputat bildirib ki, bu, Ermənistan nümayəndələri arasında ciddi narazılığa səbəb olub:
“Enerji Komitəsinin iclasına sədrliyi Azərbaycan, yəni mən edirdim. Ermənistan deputatına söz vermədim, çünki yersiz danışırdı. İndi şikayət edirlər ki, gör nə günə qalmışıq ki, İrəvanda sədr azərbaycanlı, bizə də söz vermir çıxış etməyə. Yadıma düşdükcə özümü də gülmək tutur”.
Nəzrin Hüseynli Demokrat.az


