Dünya

Türkiyə ilə Yunanıstan gərginliyi aradan qaldırmaq üçün Afinada görüşür

Türkiyə ilə Yunanıstan gərginliyi aradan qaldırmaq üçün Afinada görüşür

Türkiyə ilə Yunanıstan arasında Egey və Şərqi Aralıq dənizində yaranmış gərginliyi aradan qaldırmaq məqsədilə sabah Afinada növbəti görüş keçiriləcək.

Demokrat.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə,toplantıda xarici işlər nazirinin müavini Sedat Önal və Yunanıstan xarici işlər nazirinin müavini Kostas Fragkogiannis başçılıq etdikləri nümayəndə heyətləri bir araya gələcək.

İki ölkə arasında dialoqa yol açmaq məqsədi daşıyan bu görüşlərə başlamaq qərarı Yunanıstanın xarici işlər naziri Nikos Dendiasın 2021-ci ilin aprelində Ankaraya səfəri zamanı qəbul edilib. Bu çərçivədə Türkiyə və Yunanıstan nümayəndə heyətlərinin ilk görüşü 28-29 may 2021-ci il tarixlərində Kavalada keçirilib. İkinci görüş 16 iyun 2021-ci ildə Antalyada keçirilib. Sabah keçiriləcək görüşlə tərəflər 8 aydan sonra yenidən bir araya gələcək.

Qeyd edək ki, “iqtisadiyyat və ticarət sahələrində müsbət gündəm” yaratmaq üçün ilə ötən ilin may ayında başlayan dialoq toplantısının üçüncü raundudur.

Zamiq Demokrat.az

D
demokrat.az