Hadisə

Şəkidə avtomobil aşdı, yaralılar var

Şəkidə avtomobil aşdı, yaralılar var

Şəkidə avtomobil qəzası olub.

"Qafqazinfo"nun məlumatına görə, hadisə bu gün axşam saatlarında İsmayıllı-Qaraməryəm-Şəki avtomobil yolunun, Şəkinin Oraban kəndi ərazisindən keçən hissəsində baş verib.

Hərəkətdə olan "Honda" markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobildə olan 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

D
demokrat.az