Dünya

Britaniya Rusiyanın Ukraynanı işğal xəritəsini dərc etdi

Britaniya Rusiyanın Ukraynanı işğal xəritəsini dərc etdi

Böyük Britaniyanın Müdafiə Nazirliyi Rusiyanın Ukraynaya "işğal istiqamətləri"nin xəritəsini dərc edib. Xəritəninbaşlığında Rusiya Prezidenti Vladimir Putinin adı qeyd olunub.

Demokrat.az"RİA Novosti"yə istinadən xəbər verir ki, nazirliyin rəsmi "Twitter"səhifəsində yerləşdirilmiş “Prezident Putinin mümkün işğal oxu” adlı diaqramda oxlar qurudan hücumun iki mərhələsini təsvir edir.

Birinci istiqamətdə olan oxlar Rusiyanın qərb bölgələrindən Kiyev və Dnepr, Krımdan Azov sahilləri boyunca və Belarus ərazisindən Kiyevə müdaxiləsini göstərir. İkinci oxlar isə Dneprdən Vinnitsaya, eləcə də Krımdan Odessaya doğru hərəkəti nəzərdə tutur. Eyni zamanda Böyük Britaniyanın Müdafiə Nazirliyi diaqramların “yalnız illüstrativ məqsədlər üçün hazırlandığını” yazıb.

Arzu Demokrat.az

D
demokrat.az