Gündəm

Akif Nağı: “Azərbaycan anti-terror əməliyyatlarına başlamalıdır”

Akif Nağı: “Azərbaycan anti-terror əməliyyatlarına başlamalıdır”

“Bildiyimiz kimi, Azərbaycan ərazilərinin müəyyən hissəsi işğaldan azad edilib, amma müəyyən hissəsi də Azərbaycanın razılığı ilə Rusiya sülhməramlıların nəzarəti altındadır. Yəni, indi regionda fərqli situasiyadır. Ona görə də, bu şəraitdə partizan müharibəsi başlamaq bir az məntiqə uyğun gəlmir”.

Bunu Demokrat.az-a açıqlamasında Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı deyib. O qeyd edib ki, əgər Qarabağda partizan müharibəsi başlayarsa, o zaman istər-istəməz Azərbaycan rus sülhməramlıları ilə üz-üzə gələcək və bununla da, danışıqlar, razılıqlar pozulacaq:

Akif Nağı: “Azərbaycan anti-terror əməliyyatlarına başlamalıdır”

"Azərbaycan indi anti-terror əməliyyatlarına başlaya bilər və bu, onun tam haqqıdır. Ancaq burada da müəyyən şərtlər ortaya qoyulmalıdır. Ən başlıcası isə Rusiya rəhbərliyi ilə danışılmalı və faktlarla göstərilməlidir ki, sülhməramlılar öz funksiyasını yerinə yetirə bilmir, onlara tapşırılmış işlərin öhdəsindən gəlmir. Çünki xeyli vaxtdır ki, sülhməramlılar regionda yerləşib və onların da əsas vəzifələrindən biri qanunsuz silahlı dəstələri zərərsizləşdirməkdir. Amma qanunsuz silahlı dəstələr hələ də Qarabağda qalmaqdadır və Rusiya rəhbərliyi özü də bunu çox yaxşı görür".

A.Nağı vurğulayıb ki, ermənilər vaxtaşırı təxribatlar törədirlər və buna görə də, Rusiya onların öhdəsindən gələ bilmirsə, bu məsələdə Azərbaycan tərəfi ilə razılaşmalıdır:

“Ermənilər həm Azərbaycan hərbçilərinə qarşı, həm də mülki əhaliyə qarşı təxribatlar törədirlər. Bir neçə gün bundan öncə Ağdam istiqamətində ermənilər kənd təsərrüfatı adı ilə səngər qazmağa başladılar, lakin Azərbaycan tərəfinin gördüyü tədbirlər nəticəsində dayandı. Əslində onlar orada Azərbaycana qarşı diversiya ilə məşğul idilər. Düzdür, sülhməramlılar burada işə müdaxilə etdilər. Buna görə də, Azərbaycan Rusiya rəhbərliyinin qarşısına qoymalıdır ki, sülhməramlılar bu dəstələrin öhdəsində gələ bilmir və onlar daim bu cür təxribatlarla məşğuldurlar. Ona görə də, siz neytral qalmalısınız ki, Azərbaycan özü həmin qanunsuz silahlı dəstələri zərərsizləşdirsin. Ya da Rusiya Azərbaycan tərəfinə tam şəkildə sübut etməlidir ki, elə dəstələr artıq bölgədə yoxdur. Bir neçə gün bundan öncə açıq şəkildə ermənilərin Qarabağda hərbi təlimlər keçirilməsi ilə bağlı da məlumat yaydılar. Yəni, bu faktlar açıq ortadadır və bütün bunlar Rusiyanın qarşısına qoyulmalıdır. Əgər Rusiya bu olanlarla razılaşmasa, Azərbaycan onun razılığı olmadan da hərəkətə başlamalıdır. Azərbaycan hakimiyyəti hələlik bütün bu olanlara dözür və hadisələrin gedişini izləyir”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az