İdman

Azərbaycan kubokunda son yarımfinaçılar müəyyənləşir

Azərbaycan kubokunda son yarımfinaçılar müəyyənləşir

Bu gün Azərbaycan Kubokunun 1/4 final mərhələsinə yekun vurulacaq.

Demokrat.azxəbər verir ki, son oyun günündə iki görüş keçiriləcək.

"Qəbələ" "Sumqayıt"ı qəbul edəcək. Sumqayıtda keçirilən ilk oyunda komandalar heç-heçə etmişdi - 1:1.

Günün digər matçında isə "Zirə" "Səbail"in qonağı olacaq. İlk oyunda 4 cavabsız qolla qalib gələn "Zirə" mərhələnin taleyini böyük ölçüdə həll edib.

Azərbaycan Kuboku, 1/4 final

Cavab oyunu

13 fevral (bazar)

15:00. “Qəbələ” – “Sumqayıt” Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Vüsal Məmmədov, Fərid Hacıyev Qəbələ şəhər stadionu

İlk oyun - 1:1

18:00. “Səbail” – “Zirə” Hakimlər: Əliyar Ağayev, Cavanşir Yusifov, Müslüm Əliyev, Rauf Cabarov “ASCO Arena”

İlk oyun - 0:4

D
demokrat.az