Rusiyanın hərbi təcavüzünə kömək etdiyinə görə ABŞ Belarusa qarşı sanksiyalar tətbiq edəcək. Belarusun məsuliyyəti haqqında qanun layihəsi ABŞ Senatına təqdim edilib. Sənəd senator Ceyms Lankford tərəfindən ünvanlanıb.
Azpost.infoxarici mətbuata istinadən xəbər verir ki, bu barədə senatorun rəsmi internet səhifəsində məlumat verilib. Qanun layihəsi Belarusa və ya Rusiyanın Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə qarşı təcavüzünü dəstəkləyən hər hansı digər ölkəyə qarşı sanksiyaları nəzərdə tutur.
“Birləşmiş Ştatlar Rusiyanın Ukraynanı işğal etmək cəhdlərini dəstəkləyən istənilən ölkənin sərt iqtisadi və diplomatik sanksiyalarla üzləşəcəyini açıq şəkildə bildirməlidir”, – Lankford deyib.
Məlumatda Rusiyanın Belarus və Ukrayna sərhədi yaxınlığında 30 minə yaxın hərbçi yerləşdirdiyi bildirilir ki, bu, soyuq müharibədən bəri Belarusdakı ən böyük qoşun yeridir. Bununla yanaşı, Moskva Rusiya-Ukrayna sərhədinə 130 min hərbçi yerləşdirib və Hərbi Dəniz Qüvvələrinin daha altı gəmisini Qara dənizə göndərib.
Qanun layihəsində sanksiyaların tətbiqinə yol açan hərəkətlər bir-bir sadalanıb: Ukraynanın işğalında Rusiya ilə birgə iştirak; rus işğalına maddi, taktiki və ya digər formada dəstək; hücumda iştirak edən rus qoşunlarını öz ərazisində yerləşdirmək; işğal zamanı rus kəşfiyyatı ilə əməkdaşlıq; Ukraynanın işğalı zamanı istifadə olunan öldürücüsilahların alınması və ya ötürülməsi.


