Rusiya prezidenti Vladimir Putin və və Fransa prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.
Xəbərdə Makronun Rusiya-Ukrayna böhranında artan gərginliyi azaltmaq üçün rusiyalı həmkarı Putinlə 1saat 40 dəqiqə danışdığı bildirilib. Qeyd edək ki, fevralın 7-də Makron Moskvaya səfər edib. Rusiya və Fransa liderləri arasında görüş 5 saat davam edib. Əsas müzakirə mövzusu Avropada təhlükəsizliyin təmin edilməsi problemi olub. Ertəsi gün Makron ukraynalı həmkarı Vladimir Zelenski ilə görüşüb./apa


