Dünya

Bu gün İstanbul-İrəvan uçuşları başlayır

Bu gün İstanbul-İrəvan uçuşları başlayır

Bu gün Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün başladılan proses çərçivəsində ilk önəmli addımlardan biri atılacaq.

Demokrat.az xəbər verir ki, bu gün İstanbul və İrəvan şəhərləri arasında birbaşa uçuşlara start verilir.

Uçuşları Türkiyə tərəfindən “Pegasus”, Ermənistan tərəfindən isə “Fly One Armenia” aviaşirkəti həyata keçirəcək. Reyslər həftədə 3 dəfə təşkil olunacaq.

Beləliklə, “Fly One” şirkətinin təyyarəsi İstanbul vaxtı ilə 19:50-də İstabul hava limanına enənəcək. “Pegasus” şirkətinin təyyarəsi isə saat 23:35-də Sabiha Gökçen hava limanından İrəvana yola düşəcək.

İstanbul-İrəvan arasında uçuşun müddəti təqribən 2 saata bərabər olacaq.(qafqazinfo.az)

D
demokrat.az