Sosial

Cəlilabadda avtomobil su kanalına aşdı, bir nəfər öldü

Cəlilabadda avtomobil su kanalına aşdı, bir nəfər öldü

Cəlilabadda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında rayon ərazisində yerləşən şadlıq saraylarının birinin yaxınlığında qeydə alınıb.

Belə ki, hərəkətdə olan “VAZ-2107” markalı avtomobil anidən idarəetmədən çıxıb, yaxınlıqdakı su kanalına düşüb.

Nəticədə Cəlilabad şəhər sakini, 1991-ci il təvəllüdlü Rzayev Emin Asif oğlu avtomobilin içərisində suda boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.

D
demokrat.az