İdman

Namik Ələskərovun komandasında rəhbər dəyişikliyi olacaq

Namik Ələskərovun komandasında rəhbər dəyişikliyi olacaq

Azərbaycan millisinin futbolçusu Namik Ələskərovun çıxış etdiyi Türkiyə "Bursaspor"unda fövqəladə qurultay keçiriləcək.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, tədbirin vaxtı qarşıdakı həftədə açıqlanacaq.

Qurultayda hazırkı rəhbərliyin istefa verəcəyi gözlənilir.

Qeyd edək ki, ötən ilin avqustunda "Bursaspor"a transfer olmuş Namik Ələskərov I liqa təmsilçisi ilə 2 illik müqabilə imzalayıb.

Demokrat.az

D
demokrat.az