Hadisə

Bakıda avtomobillə vurulan gəncin ayağı sındı

Bakıda avtomobillə vurulan gəncin ayağı sındı

Bakıda gəncin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Demokrat.az xəbər verir ki, hadisə Nizami rayonunda qeydə alınıb.

Keşlə qəsəbəsində avtomobil yolu keçən 1994-cü il təvəllüdlü Müslümov Əmrah Nəcəf oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ qamış sümüyünün sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.(report.az)

D
demokrat.az