NATO Baş katibi Yens Stoltenberq Ukrayna ətrafında baş verən hadisələrdən danışıb. Demokrat.az "RİA Novosti"yə istinadən xəbər verir ki, Y.Stoltenberq rəhbəri olduğu alyansın Ukraynaya qoşun yeritməyəcəyini vurğulayıb.
“NATO, Rusiya ilə silahlara nəzarət, hərbi əməliyyatların şəffaflığı və digər təhlükəsizlik məsələlərini müzakirə etməyə hazırdır” - deyə o bildirib.


