“İşğaldan azad edilən ərazilərə səfər etmək hər birimiz üçün böyük bir xoşbəxtlikdir”.
Demokrat.az xəbər verir ki, bunu Şuşa və Ağdam şəhərlərinə ilk sərnişin avtobuslarının yola salınmasından əvvəl Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) rəisi Anar Rzayev bildirib.
Xidmət rəisi əlavə edib ki, belə səfərlər işğaldan azad edilmiş torpaqlarımızda humanitar, sosial, eyni zamanda iqtisadi reinteqrasiya prosesində mühüm rol oynayacaq.
Demokrat.az


