İdman

Şəhriyar Məmmədyarovdan heç-heçə

Şəhriyar Məmmədyarovdan heç-heçə

Bu gün Niderlandın Veyk-an-Zee şəhərində “Tata Steel Masters” şahmat turnirinin altıncı turunun oyunları keçirilib.

Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov növbəti turda isveçli Nils Qradelius ilə görüşüb.

Ağ fiqurlarla oynayan şahmatçımız 16-cı gedişdə heç-heçəyə razılaşıb.

Altı turdan sonra Ş.Məmmədyarov 4 xalla hindistanlı Vidit Santoş Qucrati ilə ilk iki pilləni bölüşür.

Dairəvi sistem üzrə keçirilən yarış 13 turdan ibarətdir. Turnirdə 14 şahmatçı iştirak edir.

D
demokrat.az